Vasif Bağırov dünya üçüncüsü oldu

Güləşçimiz həlledici qarşılaşmada isə moldovalı moldovalı Yon Bulqarunu 8:2 hesabıyla üstələyərək bürünc medalı boynundan asıb

Vasif Bağırov dünya üçüncüsü oldu
Vasif Bağırov dünya üçüncüsü oldu

Bolqarıstanın Samokov şəhərində U20 dünya çempionatı davam edir.

Resorting.az xəbər verir ki, üçüncü yarış günündə daha 1 sərbəst güləşçimiz fəxri kürsüyə qalxıb.

Vasif Bağırov (57 kq) təsəlliverici görüşdə yaponiyalı Rin Sakamotoya heç bir şans tanımayıb – 10:2. Güləşçimiz həlledici qarşılaşmada isə moldovalı moldovalı Yon Bulqarunu 8:2 hesabıyla üstələyərək bürünc medalı boynundan asıb.

Anar Cəfərli (92 kq) bürünc medal uğrunda qarşılaşmada amerikalı Konnor Mirasolaya uduzaraq (0:10) beşinci yerlə kifayətlənib.